Ronaldo rekord maaşa "Əl-Nassr"a keçir - Marca

Ronaldo rekord maaşa "Əl-Nassr"a keçir -
Kriştiano Ronaldo yanvarın 1-dən etibarən "Əl-Nassr"da çıxış edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barərə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı futbolçu ilə Səudiyyə Ərəbistanı komandası arasında müqavilə iki il yarım davam edəcək.

CR7-nin “Əl-Nassr” ilə müqaviləsinin ümumi dəyəri mövsümdə 200 milyon avroya yaxın olacaq və bu hal, onu dünyanın ən yüksək maaşlı idmançısı edəcək.
Qeyd edək ki, forvard Qətərdəki dünya çempionatında iştirakına başlamazdan iki gün əvvəl “Mançester Yunayted”lə münasibətini kəsib və mundiala azad agent kimi qoşulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...