“İran özü erməni kimi bir şeydir” - Şeyxin deputat qardaşı

“İran özü erməni kimi bir şeydir” -
"İrandakı səfirliyimizə hücum xəbərini eşidəndə çox sarsıldım. Bu, çox böyük hadisədir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə deyib.

"Bu, özünü İslam dövləti kimi təqdim edən bir dövlətə yaraşmayan hərəkətdir. Onlar öz cavablarını alacaqlar. Dövlət başçımız da bu məsələyə reaksiya verəcək.

İran tərəfi hüquq nədir, bilmir. Ölkənin ərazisindəki səfirliyə edilən hörmətsizlik həmin dövlətin özünün mədəniyyətsiz olması deməkdir. Orada ölən qardaşımız isə şəhid sayılır.

Dövlətimiz belə təcavüzlərə məruz qalıb və hər zaman cavabını verib. Biz bunun da cavabını verəcəyik, amma bu hadisə gərək olmayaydı. Ola bilsin ki, bu təxribatda ermənilərin dəstəyinin olduğu da üzə çıxdı. İran özü də erməni kimi bir şeydir. Bizim üçün onların Ermənistandan heç bir fərqləri qalmadı. Bu fərqi mən görmürəm. Erməni də bizim üçün təcavüzkar idi, artıq bu gün iranlı da bizim üçün təcavüzkar hesab olunur.

Bizim digər ölkələrdəki səfirliklərimizə hücumlar zamanı da məsələdə İranın əli olduğu ortaya çıxıb", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...