Bakıda dollar kəskin ucuzlaşdı - bolluq yaranıb
Bakıda ABŞ dollarının məzənnəsi kəskin aşağı enib.
Fins.az-ın məlumatına görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,61 manatdn alınır, 1,65 manata satılır. Başqa sözlə, bayram günləri ilə müqayisədə dolların satış qiyməti hər dollara görə, 10 qəpikdən çox azalıb. Belə ki, bir neçə gün əvvəl dolların satış qiyməti 1,72-1,74 manata qalxmışdı.
Paralel olaraq dolların alış qiyməti də artıb. Belə ki, bir neçə gün əvvəl valyutadəyişmə məntəqələrində dollar 1,59 manatdan alındığı halda, indii bu qiymət 1,61 manata qalxıb.
Eyni proses avro ilə də baş verir. 1 avronun alış qiyməti 1,7 manat, satış qiyməti 1,8 manat təşkil edir. Xatırladaq ki, bayram ərəfəsindəki ajiotaj zamanı Avropa valyutasının məzənnəsi 1,95- 2 manata qalxmışdı.
İndi isə avronu 1,8 manata almaq olar. Fins.az-ın əməkdaşının müşahidələrinə görə, valyutadəyişmə məntəqələri qarşısında ajiotaj yoxdur, bu məzənnələrlə valyutanı həm satmaq, həm də almaq mümkündür. 100 rus rublunun alış qiyməti 2 manat, satış qiyməti isə 2,2 manat təşkil edir.
486 dəfə oxundu