Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb - CƏDVƏL

Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb -


Azərbaycana tranzit məqsədilə daxil olan avtomobillərin 145,4 mini Yaşıl Kart sistemi ölkələrində qeydiyyatda olub
Ötən il ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə rəsmiləşdirilmiş sığorta müqavilələrinin 167 596-sı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.


Avtosfer.az İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bu sığorta müqavilələri üzrə toplanan sığorta haqlarının ümumi həcmi 4,6 mln. manat təşkil edib. Nəticədə, 2014-cü il ilə müqayisədə sərhəd müqavilələrinin sayında 9,4%, sığorta haqlarının məbləğində isə 8,9% azalma müşahidə olunub.

Sərhəd müqavilələrinin 145 402-i ədədi "Yaşıl Kart" sisteminə üzv olan ölkələrdə qeydiyyatdan keçmiş və Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitəsi ilə bağlı olub.


Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...