“Putin Avstriyaya gəlsə, həbs ediləcək” - Rəsmi

“Putin Avstriyaya gəlsə, həbs ediləcək” -
“Vyana Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarını yerinə yetirəcək və Rusiya prezidenti Vladimir Putin Avstriyaya səfər edəcəyi təqdirdə onu həbs edəcək”.

Yenisabah.az “Tagesspiegel”ə istinadla xəbər verir ki, bu barədə Avstriyanın Avropa İttifaqı və Konstitusiya məsələləri üzrə naziri Karolina Edştadler Rusiya Federasiyasının yurisdiksiyasını tanımadığı Beynəlxalq Məhkəmənin qərarını şərh edərkən bildirib.

“Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərini yerinə yetirəcək. Mən əvvəllər mülki işimdə cinayət işi üzrə hakim olmuşam. Beynəlxalq orderlərin BCM tərəfindən verilməsi o deməkdir ki, Vladimir Putin Avstriya torpağına ayaq basarsa, onu həbs etmək lazım gələcək”, - müsahibəsində söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...