Azərbaycan idmançıları artıq İrəvandadır

Azərbaycan idmançıları artıq İrəvandadır
İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları artıq Ermənistan paytaxtındadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətini Zvartnots hava limanında xüsusi polis dəstələri qarşılayıb.

Qeyd edək ki, qitə birinciliyində Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...