Nazirlik "Azərbaycan Beynəlxalq Bankı"nı CƏRİMƏLƏDİ

Nazirlik "Azərbaycan Beynəlxalq Bankı"nı
Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətini yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, FHN "Azərbaycan Beynəlxalq Bankı" barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci maddəsi ilə protokol tərtib edərək Göygöl Rayon Məhkəməsinə göndərib.

İXM-in 518.3-cü maddəsində bildirilb ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Əyyub Kərimovun sədrliyilkə araşdırılacaq.

Məhkəmə 20.04.2023-cü il tarixinə baxış iclası təyin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...