İbrahim Tatlısəs həkimini biabır etdi - FOTO

İbrahim Tatlısəs həkimini biabır etdi -


Türk musiqisinin imperatoru İbrahim Tatlısəs həkimini biabır edib.

ANS PRESS-in məlumatına görə, ifaçı müalicə aldığı xəstəxanadan evə buraxılıb. Lakin Tatlısəsin həkiminin media nümayəndələrinə xəbər ötürməsi sənətçini qəzəbləndirib. O, sosial şəbəkədən həkimi Heydərə öz narazılığını bildirib: “Heydər həkim, biz sənin xəstəxanaya reklam üçün gəlmədik. Siz hər xəstə ilə belə davranırsınız? Heydər həkim, mən belə şeyləri həmişə heyranlarımdan gizli saxlamışam. Heç vaxt istəmirəm fanatlarım narahat olsunlar. Heydər həkim, xəstəniz İbrahim Tatlısəs olduğu üçün sağa-sola xəbər vermisiniz. Sizin əla xəstəxananız var. Sizin açıqlamalarınızdan sonra üç telefonuma da dayanmadan zənglər gəldi. Bir daha Davosa gəlməyəcəyəm”.

İbrahim Tatlısəs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur kəlməsi ilə nitqini tamamlayıb.

Ötən gün İbrahim Tatlısəsin vəziyyəti İzmirdə pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Müğənninin vəziyyətinin pisləşməsinə qəbul etdiyi ağrıkəsici səbəb olub.
İbrahim Tatlısəs həkimini biabır etdi -

İzmir Özəl Su Xəstəxanasının baş həkimi Əli Heydər Sucuoğlunun sözlərinə görə, sənətçidə qəbul edilən dərmandan sonra allergik reaksiya başlayıb. "Onun müalicəsinə dərhal başladıq. İndi vəziyyəti yaxşıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...