"Moskva taxıl müqaviləsindən çıxacaq" - Medvedyev

 "Moskva taxıl müqaviləsindən çıxacaq"  -
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedyev bildirib ki, Rusiya G7-nin məhsul ixracına qadağasına reaksiya verəcək.

KONKRET.az xəbər verir ki, o bu barədə “Teleqram” kanalında yazıb.

O bildirib ki, Qərb ilk növbədə bu qadağadan özü əziyyət çəkəcək.

Onun sözlərinə görə, Moskva taxıl müqaviləsindən çıxacaq:

“Rusiya tək taxıl müqaviləsindən çıxmayacaq, Qərbin ehtiyacı olan digər tədbirlərə əl atacaq”, – Medvedyev yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Medvedyev Almaniyanın müdafiə naziri Boris Pistoriusa bildirmişdi ki, alman torpaqlarında hərbi əməliyyatların keçirilməsinə hazır olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...