Donbasda gecə döyüşləri şiddətlənib - VİDEO

Donbasda gecə döyüşləri şiddətlənib -
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Donetskin Kramatorsk şəhəri səhərə qədər Rusiya Ordusunun fasiləsiz mərmi atəşinə məruz qalıb.

“Baxmut, Avdeyevka, Mariinsk şəhərlərində isə vaqnerçilərin separatçılarla birgə 80-ə yaxın hücumunun qarşısı alınıb”, - deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, Ukraynanın Zaporojye və Xarkov vilayətlərində də vəziyyət gərginləşib:
“Xüsusilə Xarkovun İzyum və Rusiya ilə sərhəd bölgələrinə ötən gecə dayanmadan raket hücumları olub”.

Daha ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...