Siyavuş Novruzov: "Əgər qan başqa yerə axarsa..."

Siyavuş Novruzov:

"İlbəil büdcəmiz artır. Bununla yanaşı, Hesablama Palatasının işi də çoxalır. Vəsaitlərin düzgün sərf olunmasına nəzarət edirlər ki, büdcədən yayınma olmasın".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, maliyyə dövlətin qan-damar sistemidir:

"Əgər qan, qan-damar sistemindən başqa yerə axarsa, onda dövlətin təzyiqi aşağı düşər. Bu baxımdan, dövlətin təzyiqini yerində saxlamaq üçün Hesablama Palatası bu məsələlərə mütəmadi nəzarət emtəlidir və edir", deyə Siyavuş Novruzov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...