Nazir Flora Kərimova üçün mahnı bəstələdi - Açıqlama

Nazir Flora Kərimova üçün mahnı bəstələdi -


Fövqəladə hallar naziri Kamaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.

Bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.

Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...