Tərtərdə selin fəsadları aradan qaldırılır

Tərtərdə selin fəsadları aradan qaldırılır

Aprelin 30-da axşam saatlarından başlayaraq yağan güclü yağışın yaratdığı sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərinə dəymiş ziyan aradan qaldırılır.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından başlayaraq zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsi ilə su ötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş vermiş Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtərdə selin fəsadları aradan qaldırılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...