"Atabəylər" serialının aqibəti necə oldu?
"Atabəylər: Şəmsəddin Eldəniz” adlı serialında kimlərin rol alacağı hələ müəyyənləşməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında serialın senari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev deyib.
Onun sözlərinə görə, serialda 20 əsas obraz var:
"Epizodik rollar da var. Kiçik obrazlarda kimlərin rol alacağı artıq müəyyənləşib. Əsas obrazlara isə seçim turu keçiriləcək”. Varis Yolçuyev serialın çəkilişlərinin gec başlamasına əsas səbəb Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliklərin olduğunu deyib:"May ayının sonlarında çəkilişlərin başlanması ilə bağlı məlumat veriləcək. Türkiyədə "Bozdağ sinema” ilə müqaviləmiz var. Ona görə bir az ləngimələr var. Ümid edirəm ki, may ayının sonlarına kimi proses axarna düşəcək”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub. Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.
285 dəfə oxundu