Leysanın fermerlərə vurduğu ziyan: Qiymətlər artacaq?
Son günlər ölkədə hökm sürən qeyri-sabit hava şəraiti fermer təsərrüfatlarına ciddi ziyan vurub. Yağış və seldən ən çox təsirlənən rayon Tərtər olub. Belə ki, 30 aprel 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonunun 8 yaşayış məntəqəsi üzrə 117 ev təsərrüfatına, 318 hektar taxıl, 267 hektar arpa, 94 hektar pambıq, 61 hektar günəbaxan, 129 hektar yonca, 32 hektar qarğıdalı, 3 hektar soğan, 300 hektar meyvə bağı, 4 hektar ting sahəsinə ağır və orta dərəcədə ziyan dəyib, 10 baş xırdabuynuzlu heyvan tələf olub.
Təbiət hadisəsi digər rayonlardan da itkisiz ötüşməyib. Hələlik qeyri-sabit hava şəraitinin vurduğu zərərin tam miqyası məlum deyil.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, son üç gündə Aqrar Sığorta Fondunun 1651 saylı Çağrı Mərkəzinə qeyri-sabit hava şəraitinə görə fermerlərdən 92 müraciət daxil olub. Sosial mediada vətəndaşlar təsərrüfata dəyən ziyanın məhsul satışlarına təsir edəcəyini və kənd təsərrüfatı məhsullarının qiymətində artıma səbəb ola biləcəyini bildiriblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, sığortalanmış bütün əkin sahələrinə dəymiş zərər qarşılanacaq.
O xatırladıb ki, nazirliyə zərərçəkmiş fermerlər tərəfindən ümumilikdə 6 rayon üzrə 92 müraciət ünvanlanıb:
"Müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır. Fermerlərin müraciətləri nəzərə alınacaq və dəymiş zərər müəyyənləşdiriləcək. Bütün bunlardan sonra sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunacaq və sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq”.
Vüqar Hüseynov mövcud vəziyyətlə əlaqədar hər hansı qiymət artımının gözlənilmədiyini diqqətə çatdırıb.
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə hava şəraitinin məhsuldarlığa ciddi təsir göstərdiyini söyləyib:
"Sözsüz ki, son günlərdə havanın dəyişkən və əlverişsiz keçməsi kənd təsərrüfatının müəyyən sektorlarına mənfi təsir göstərdi. Bu mənfi təsirlərin gələcəkdə məhsulların bahalaşmasına səbəb olacağını indidən demək olmaz. Əvvəla, dəyən zərərin miqyası barədə məlumatımız yoxdur. Ola bilər ki, bu il həmin dolu düşən ərazilərdə məhsuldarlıq ötən ilkindən daha çox olub. Hava şəraiti nəticəsində məhsuldarlıq sıradan çıxıb. Amma bunun əksi də ola bilər. Bu il yağış, dolu, külək meyvələri sıradan çıxararsa, məhsuldarlıq ciddi şəkildə aşağı düşəcək, bunun nəticəsində məhsul qıtlığı yaranacaq. Təbii ki, məhsul qıtlığı da təklifin azalmasına, tələbin çoxalmasına və bunun nəticəsi olaraq qiymətlərin bahalaşmasına gətirib çıxara bilər”.
Ekspert əlverişsiz hava şəraitinin daha çox bağ təsərrüfatına və meyvəçiliyə ciddi təsir göstərdiyini qeyd edib:
“Onu da qeyd edim ki, indiki hava şəraiti əsasən bağ təsərrüfatına, meyvəçiliyə və birillik bitkilərə ciddi təsir göstərib. Dolu nəticəsində bitkilərə ciddi zərər dəyə bilər. Ümumiyyətlə, dolu yağan ərazilərdə payızda əkilmiş birillik bitkilər sıradan çıxa bilər. Məsələn, buraya kartof, soğan və taxıl zəmiləri aid edilir. Digər tərəfdən yağışın yağması nəticəsində çiçəkli bağlarda tozlanma prosesi pozulur və meyvə ağaclarının, bağların məhsuldarlığı aşağı düşür. Bağlara dolu düşürsə, hətta tutmuş meyvələrin də məhsuldarlığına zərər vurmuş olur. Amma biz dəymiş zərərin həcmini bilmədiyimizə görə, vəziyyətin gələcəkdə bazardakı qiymətlərə necə təsir edəcəyini deyə bilmərik”.
339 dəfə oxundu