Baş katib istefa verdi - Yeni təyinat

Baş katib istefa verdi -

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyində dəyişiklik olub. Qaynarinfo xəbər verir ki, məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Bildirilib ki, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub.

Qeyd edək ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər "Avto Lizinq Azərbaycan” MMC-də çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...