Regionda sülh mümkündür - Paşinyan

Regionda sülh mümkündür -
Regionda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, Ermənistan sabitliyini təmin etmək üçün yeni üsullar və komponentlər axtarır.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib.

"Əvvəllər mövcud olan təhlükəsizlik sistemi effektiv işləmir və hökumətin strateji vəzifəsi çağırışları idarə etmək və neytrallaşdırmaqdır. İndi rəsmi İrəvan öz təhlükəsizliyini təmin etmək üçün əlavə komponentlər axtarır. Ancaq yenə də tam təminat verilmir, bəzi təminatlar yeni risklərin yaranmasına səbəb ola bilər", - o qeyd edib.

"Sabitliyin əsas təminatı regionda sülhdür. Və bu mümkündür. İndi biz Ermənistan dövləti və xalqı üçün məqbul olan parametrlər hazırlamalıyıq, ehtiyatlılıq və çeviklik nümayiş etdirməliyik", - deyə Paşinyan vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...