Məktəbli oğlanla qaçan qız ailəsinə qaytarıldı

Məktəbli oğlanla qaçan qız ailəsinə qaytarıldı
Tərtərdə məktəblilər evlənmək məqsədilə qoşulub qaçıblar. Yerli KİV-də yer alan məlumata görə, rayonunun Köçərli kəndində X sinif şagirdi olan oğlan həmkəndlisi, eyni məktəbin IX sinif şagirdini qaçırıb.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün saat 16:00 radələrində baş verib. 2007-ci il təvəllüdlü N.B ( ad şərtidir) Köçərli kənd tam orta məktəbində təhsil alan R.C-nı (ad şərtidir) evlənmək məqsədi ilə bacısıgilə qaçırdıb. Onlar bir neçə saat rayonun mərkəzində olub, sonra Bərdəyə gediblər. Hadisədən xəbərdar olan qızın ailəsi dərhal onun yerini müəyyən edib və bir neçə saat sonra geri qaytarıblar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları hər iki məktəblinin ailəsinə baş çəkəərk, onlarla praktiki söhbətlər aparıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...