Qazaxlar daha 26 ölkəyə vizasız GEDƏ BİLƏCƏK

Qazaxlar daha 26 ölkəyə vizasız
Qazaxıstan və Çin hökumətləri öz vətəndaşları üçün hər iki istiqamətdə vizasız rejim tətbiq etməyi planlaşdırır.

KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, daha 26 ölkə ilə qarşılıqlı vizasız rejimin tətbiqi ilə bağlı danışıqlar aparılır. Onların arasında Avstriya, Səudiyyə Ərəbistanı, San Marino, Bəhreyn və başqa dövlətlər var.

Məlumata görə, BƏƏ-nin vətəndaşları üçün vizaların sadələşdirilmiş qaydada verilməsi məsələsi də müzakirə olunur.

“Qazaxıstan əcnəbi səyahətçilər üçün maraqlıdır və nazirlik ölkəmizin turizm potensialının tam şəkildə üzə çıxarılması istiqamətində işlər aparır”, – deyə idarənin rəsmi nümayəndəsi Moldir Abduəliyeva bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...