"Nazirlərə təklif etdim ki, paytaxtlarına qayıtsınlar..."

"Nazirlərə təklif etdim ki, paytaxtlarına qayıtsınlar..."
“Bu həftə Corc P.Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli sülh danışıqları üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etdim”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Antoni Blinkenin adından yaydığı mətbuat bəyanatında bildirilir.
“İkitərəfli və üçtərəfli intensiv və konstruktiv müzakirələrdən sonra tərəflər çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Hər ikisi münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasına səmimi sadiqlik nümayiş etdirdilər”, - bəyanatda deyilir.
Blinken qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan prinsipial olaraq müəyyən şərtlərlə razılaşıblar və həll olunmamış məsələlərdə bir-birlərinin mövqelərini daha yaxşı başa düşürlər:
“Mən nazirlərə təklif etdim ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis ilə razılığın əldə oluna biləcəyi perspektivlərini hökumətləri ilə bölüşmək üçün paytaxtlarına qayıtsınlar. Onların davamlı sülhü təmin etmək səylərinə Birləşmiş Ştatların tam dəstəyi və prosesdə iştirakı davam etdiriləcək”.
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...