Artıq müxalifət mənə qulaq asır - Paşinyan

Artıq müxalifət mənə qulaq asır -
“Bəli, parlamentdə bəzi hadisələr oldu, amma indi emosiyalar bir az azalıb və daha konstruktiv müzakirələr üçün meydan açılıb. Bu gün parlamentdə bəzən çox kəskin və qızğın müzakirələr gedir, amma sevindirici hal budur ki, proseslər konstruktiv məzmunla davam edir".

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan Çexiya Baş naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib: “Bu yaxınlarda parlamentdə çox mühüm açıqlamalar verdim və müşahidə etdim ki, müxalifət mesajlarımı dinləyib. Bu uğurudur, çünki keçən il onlar bizə heç qulaq asmırdı.

Müxalifət qulaq asmır, tribunaya nə gəldi atır, əlbəyaxa vuruşurdular. Məntiqli müzakirələr aparmaq üçün lazımi ab-hava yarada bilmək demokratiyanın inkişafı üçün bir çağırışdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...