ADR-də kütləvi istefalar

ADR-də kütləvi istefalar
Azərbaycan Demokratiya və Rifah Hərəkatının bir qrup üzvü istefa verib.

Qaynarinfo xəbər verir ki, partiya üzvü ADR hərəkatının qurucu üzvü və İdarə Heyətinin üzvü İsmayıl Nəzirli bəyanat yayıb. Bəyanatda deyilir:

"Quruculuğunda yaxından iştirak etdiyim ADR adlı hərəkatın (sonra Partiya) yaradılmasından bizi 9 il zaman ayırır. Biz bir qrup şəxs Müsavat Partiyasından ayrılaraq ADR hərəkatını yaratdıq. Hərəkatı yaratdığımızda hesab edirdik ki, nəhayət respublikamızda demokratik prinsiplərlə idarə olunacaq bir siyasi partiyanın əsası qoyula bilər. Qubad İbadoğlu faktiki olaraq bu təşkilata rəhbərliyi qiyabi həyata keçirirdi. Əsas yük təşkilatın qurucularının çiynində idi. ADR partiya olandan sonra təşkilatda hərc-mərclik, qeybət, yalançı təbliğat işə düşməyə başladı. Bir qrup şəxs Qubad İbadoğlunu mənasız tərifləri ilə şar kimi şişirtməyə başladılar.Təşkilat tədricən yanlış yola qədəm qoymağa başladı, avantüristlər önə çıxdı, səmimi hərəkatçılar sıxışdırldı. Təşkilata ağına-bozuna baxmadan, sıra sayını artırmaq prinsipi ilə digər partiyalardan qovulanları, kriminalları belə üzv qəbul etməyə başladılar. Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, bu işlərə daha da rəvac verdi. Bu isə təşkilatda sınanmış hərəkatçıların haqlı etirazına səbəb olmağa başladı”.

İsmayıl Nəzirli Qubad İbadoğlunun lider keyfiyyətləri olmadığını bildirib:

"Yalnız şəxsi maraqlarını düşünən Qubad İbadoğlu, çox təssüf ki, təşkilata gəlir mənbəyi kimi baxır. Təşkilatı Azərbaycanı hədəf seçən bəzi beynəlxalq güclərin alətinə çevirərək, onlardan aldığı qrantları özünün və ailəsinin rifahı üçün xərcləyir, yalnız özünün və övladlarının gələcək karyerasını qurmaq üçün istifadə edir. Onun yalançı reytinqi isə artıq havada partlamış şarı xatırladır. Əvvəlcə hərəkat, sonra partiya, daha sonra yenə hərəkata çevrilən ADR bütün bunlardan sonra aprel ayının ortalarında yenidən partiya kimi qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib və bunları partiya üzvlərindən, ictimaiyyətdən gizlədib. Daha sonra isə 7 may tarixində Ali Məclisin toplantısını çağıraraq yenidən partiya kimi davam etmək qərarı verib və ctimaiyyətdən gizlədib. Bu da onu göstərir ki, Qubad İbadoğlu yenidən hansısa Azərbaycan əleyhinə olan güclərdən təlimat və qrantlar alıb. Ona görə də mən və aşağıda imza edən partiya üzvləri, bundan sonra, fəaliyyətimizi ADR-də davam etdirməyi mənasız və puç hesab edərək istefa verdiyimizi bəyan edirik. Və əmin olduğumuzu bildiririk ki, bizim bəyanatımıza digər partiya üzvləri də qoşulacaq".

ADR-dən istefa verənlərin siyahısı:

Veyisov Fəxrəddin Qəfər oğlu
Tağıyeva Sevda Huseyn qızı
Abdullayeva Sultan Cavanşir qızı
Nəzirli Orxan Dilavər oğlu
Məmmədova Aygün Baba qızı
Qasımov Səməd Səyavuş oğlu
Tatarov Qurban Vilayət oğlu
Babayeva Tehran Baba qızı
Kərimov Alı Məcid oğlu
Hacıyeva Mədinə Cabbar qızı
Babayev Cavid Ərəstun oğlu
İbrahimov Ziyadxan İslam oğlu
Məsmalıyeva Gulnar Yaşar qızı
Yusifov Qüdrət Elxan oğlu
Abudllayev Nizami Abdüləli oğlu
Kiçikov Orxan İsfəndiyar oğlu
Nəzirli Hüseynəli İsmayıl oğlu
Abdullzadə Həsrət Natiq oğlu
Veyisov Qəfər Xəliddin oğlu
Heydərli Emin Üzeyr oğlu
İbrahimov Sərxan Ziyadxan oğlu
Yolçuyev Mansır Cavanşir oğlu
Məmməfov Kamil Elburus oğlu
Nəzirli Nərmin Baba qızı
Kərimov Vusal Alı oğlu
Əliyeva Səkinə Qədir qızı
Vəliyeva Arzu Qədir oğlu
Tağıyev Tağı Rəşad oğlu
İsgəndərov Nadir İslam oğlu
Qocayev Rüfət Ziyadxan oğlu.
Veyisov Xəliddin Qəfər oğlu
Mustafayeva Güllü Azər qızı
Talıbov Fuad Tofiq oğlu
Orucov Oruc Novruz oğlu.

Qeyd edək ki, bundan öncə Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR-i professor Adil Qeybulla, həkim Səxavət Əlisoy və digərləri tərk edib.

İsmayıl Nəzirli Qaynarinfo-ya açıqlamasında isə bildirib ki, qurumdan istefa verən üzvlər bundan sonra da siyasi fəaliyyətlə məşğul olacaq:

"Biz nə Musavat Partiyasına, nə də AXCP-yə qayıdacağıq. Bir müddətdən sonra siyasi fəaliyyətimizi harada davam etdirməyimizlə bağlı məlumat verəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...