Polşa Ukraynaya 10 “MİQ-29” verdi

Polşa Ukraynaya 10 “MİQ-29” verdi
Polşa hökuməti indiyədək Ukraynaya 10 ədəd “MİQ-29” qırıcısını təhvil verib.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Ottavada kanadalı həmkarı Anita Anand ilə görüşdən sonra bildirib.
"Biz Ukraynaya on MİQ-29 çatdırdıq", - deyə Blaşçak çıxışı zamanı qeyd edib.
Qeyd edək ki, aprel ayında Ukraynanın Polşadan dörd “MİQ-29” aldığı, yaxın gələcəkdə Varşavanın isə daha dördünü Kiyevə verməli olduğunu bildirilmişdi. Bundan əlavə, hazırda texniki baxışda olan daha altı Polşa “MİQ-29”nun Ukrayna Silahlı Qüvvələrinə verilməsi müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...