Mask "Twitter"ə yeni CEO təyin edib

Mask "Twitter"ə yeni CEO təyin edib
“Tvitter üçün yeni CEO (Chief Executive Officer – baş icraçı direktor) işə götürdüyümü elan etməkdən məmnunam”.
Yeniavaz.com xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask özünün Tvitter hesabında yazıb.
O bildirib ki, qadın olan yeni CEO 6 həftədən sonra işə başlayacaq.
“Mənim rolum icraçı sədr və texniki direktor olmağa, məhsula, proqram təminatına və sistemlərə nəzarət etməyə keçəcək”, - Mask bildirib.
Qeyd edək ki, İ. Mask “Twitter”i ötən il 44 milyard dollara satın alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...