Narkotikə görə həbs olunmuş şəxs bəraət alıb

Narkotikə görə həbs olunmuş şəxs bəraət alıb
Külli miqdarda qanunsuz narkotik daşımaqda ittiham olunan Saleh Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Saleh Əliyevin cinayət əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...