Maya Sandu: Moldova tezliklə Aİ-yə daxil olmaq istəyir

Maya Sandu: Moldova tezliklə Aİ-yə daxil olmaq istəyir
Moldova tezliklə Avropa İttifaqına daxil olmaq istəyir. APA xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu AFP-yə müsahibəsində bildirib.

Moldova lideri ölkəsinin Aİ-yə üzvlüyünü realistik layihə adlandırıb: “Moldova tezliklə Aİ-yə üzv olmaq istəyir və bu məsələ ilə bağlı danışıqların yaxın aylarda başlayacağına ümid edirik.

Biz inanırıq ki, demokratiyamızı yalnız Aİ-nin bir hissəsi olmaqla xilas edə bilərik. Rusiya qarşıdakı illərdə qeyri-stabillik mənbəyi olaraq qalacaq və ölkəmiz özünü müdafiə etməlidir”, - Moldova lideri əlavə edib.

Xatırladaq ki, ötən ilin 23 iyun tarixində Brüsseldə keçirilən sammitdə Aİ-nin dövlət və hökumət başçıları Ukrayna və Moldovaya İttifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Bu da öz növbəsində üzvlük statusunun alınmasının və Aİ-yə gedən yolun başlanğıcıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...