Sinan Oğan Davudoğlu ilə görüşdü
Bazar günü keçirilən seçkilərdə yüzdə 5-dən çox səslə bütün diqqətləri üzərinə çəkən ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın kimin dəstəklənəcəyi sualı olsa da, diqqətçəkən bir görüş baş tutub. Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Türkiyə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna qapanıb. Bir tərəfdə 49,5 faiz səs toplayan Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan, digər tərəfdə isə 44,8 faiz dəstək alan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu var.
Buna baxmayaraq, birinci tur seçkilərdə 5 faizdən çox səs toplayan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci turda hansı namizədi dəstəkləyəcəyi maraq doğurub.
Hadisələrin diqqətlə izləndiyi bir vaxtda Millət İttifaqını yaradan partiyalardan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanla görüşüb. Görüş CHP-də dünən keçirilən “altılı masa” toplantısından sonra baş tutub.
Görüşdə yalnız Davudoğlu və Oğanın iştirak etdiyi bildirilib. Təxminən 3 saat davam edən görüşlə bağlı heç bir açıqlama verilməyib.
364 dəfə oxundu