Böyrəyini satışa çıxaran şəxs danışdı - "Çox ucuz qiymətə satıram"

Böyrəyini satışa çıxaran şəxs danışdı -


Bakıda görənləri şoka salacaq elan yayılıb.

Bu gün səhər saatlarında hafta.az-ın əməkdaşı şəhərin mərkəzi küçələrinin birində, “Böyrəyimi satıram” yazılmış elana rast gəlib. Həmin elanda orqanını satan şəxsin mobil nömrəsi (051 620-48-84 ) də qeyd olunub. Əməkdaşımız həmin nömrəyə zəng vuraraq, elanda yazılanlarla bağlı maraqlanıb. Məlum olub ki, həmin şəxs 3-cü qan qrupu daşıyıcısıdır. Onun 32 yaş var və tam sağlamdır. 2 övladı var: "Həyat yoldaşım xəstədir. Mənim külli miqdarda borcum var. Məhz buna görə böyrəyini çox ucuz qiymətə satıram. Borc etdiyim adamlar məni çox sıxdığına görə, bu addımı atmaq məcburiyyətindəyəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...