“Tərəflər artıq yekun razılaşmaya yaxındırlar” - Lavrov

“Tərəflər artıq yekun razılaşmaya yaxındırlar” -
Gələn həftə Qarabağda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Gələn həftə Baş nazirin müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə görüşü keçiriləcək. Ümid edirik ki, müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar. Yaxın vaxtlarda biz Rusiyanın məşvərətçi iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəldik”, - deyə nazir qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...