"Ukraynadakı münaqişə dondurulmamalıdır" - Kreml

"Ukraynadakı münaqişə dondurulmamalıdır" -
“Rusiya Ukrayna münaqişəsinin dondurulmaması mövqeyindədir”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçüsü bildirib ki, Ukraynadakı münaqişənin dondurulmasına imkan verilməməlidir.
“Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanını nəzərdən keçirir: öz maraqlarını təmin etmək, Rusiyanın məqsədlərinə ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə nail olmaq”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz daha əvvəl bildirmişdi ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı sülh danışıqları münaqişəni dondurmaq məqsədi daşımamalıdır. Oxşar mövqeyi digər Qərb ölkələrinin nümayəndələri də ifadə ediblər. Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevin itirdiyi ərazilərin geri qaytarılmasını nəzərdə tutmayan və yalnız Ukraynada münaqişənin dondurulmasına gətirib çıxaracaq istənilən sülh planlarını kökündən yanlış adlandırıb. Kiyev, həmçinin bəyan edib ki, sülh təşəbbüsləri münaqişənin dondurulmasını nəzərdə tutmamalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...