Dəmirtaş aktiv siyasəti buraxdığını açıqladı
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan sabiq həmsədri Səlahəddin Dəmirtaş aktiv siyasəti buraxdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun rəsmi Tvitter hesabında məlumat yayılıb.
“Xalqımıza layiq siyasət ortaya qoya bilmədiyimə görə öz adımdan səmimi qəlbdən üzr istəyirəm, əməli səylərimlə bu çatışmazlıqları aradan qaldıracağıma söz verirəm.
Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi mübarizəni əzmlə davam etdirirəm, lakin bu mərhələdə aktiv siyasətdən ayrılıram”, - məlumatda bildirilir.
Qeyd edək ki, 2016-cı ilin noyabrında Türkiyədə terrorla mübarizə çərçivəsində HDP millət vəkillərinə qarşı əməliyyat keçirilib. Əməliyyatlar Diyarbəkir, Van, Hakkari, Şırnak və Bingöl bölgələrində baş tutub. Həmin vaxt Partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub.
2018-ci ilin avqustunda 26-cı İstanbul Cəza Məhkəməsi "Terror təşkilatı təbliğatı aparmaq" ittihamı ilə Səlahəddin Dəmirtaşa 4 il 8 ay həbs cəzası verib.
253 dəfə oxundu