"Taksi şirkətlərinin fəaliyyəti tənzimlənəcək" - DİN

  "Taksi şirkətlərinin fəaliyyəti tənzimlənəcək" -
“Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlər daha çox sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır”.
GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub:
“Burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...