Bulvarda skuter sürməyə icazə verildi - Bu şərtlərlə
Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə iyunun 1-dən məhdudiyyət qoyulmuşdu. Məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olub. Hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin yaydığı məlumatda deyilir. Bildirilib ki, yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddinin maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb:
"Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək".
257 dəfə oxundu