Azərbaycanda süni mayalanma neçəyə edilir? - QİYMƏT

Azərbaycanda süni mayalanma neçəyə edilir? -
Azərbaycanda bir süni mayalanmanın qiyməti 3500 manatdır.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında cərrah, mama-ginekoloq Samirə Tağıyeva deyib. Həkim bildirib ki, bu dərmanlarla birlikdə nəzərdə tutulan qiymətdir:

"Mayalanma alınmayanda təkrar müraciət edən analara deyilən rəqəmdə 200-300 manat endirim edilir. Başqa ölkələrlə müqayisədə süni mayalanma ən ucuzu Azərbaycanda icra olunur. Türkiyədə bu proses dollarla ödənilir, təxminən 5 mindən yuxarıdır”.

Samirə Tağıyeva Azərbaycanda süni mayalanmanın ucuz olmasının səbəbini uşaq istəyən ailələrin imkansız olması ilə izah edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...