Bu gün üçüncü erməni təxribatı - Rəsmi

Bu gün üçüncü erməni təxribatı -
"İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub".
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən atəş açılıb. Nəticədə Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan DSX-nin hərbi qulluqçusu yaralanıb. Bundan başqa, səhər radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Füzuli rayonu istiqamətində də təxribat törədib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...