8 yaşayış məntəqəsi azad edilib - Ukrayna əks-hücumda

8 yaşayış məntəqəsi azad edilib -
İki həftə ərzində Ukrayna hərbçiləri Berdyansk və Melitopol istiqamətlərində səkkiz yaşayış məntəqəsini azad ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Teleqram kanalında məlumat yayıb.
Malyarın verdiyi məlumata görə, ötən həftə bu istiqamətdə döyüşlərin ümumi intensivliyi azalıb, lakin döyüşlər davam edib - 41 toqquşma olub və bir neçə rayonda Ukrayna qoşunları işğal olunmuş ərazilərin dərinliklərinə doğru irəliləyib:
"Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsi azad edilib: Novodarovka, Levadnoe, Makarovka, Blaqodatnoe, Lobkovoe, Neskuçnoe, Pyatixatki. Ümumiyyətlə, Taurida istiqamətindəki bölmələr düşmənin 7 km-ə qədər dərinliyinə qədər irəliləib. Cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir. Taurida istiqamətinin Müdafiə Qüvvələrinin aktiv işi davam edir”.
Qeyd edək ki, Ukrayna çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayıb.
Prezident Volodimir Zelenski də əks-hücumun başladığını təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...