Bazar ertəsi      17 mart 2025     01:06:40  

Sel Tovuzu su altında qoydu - VİDEO

Sel Tovuzu su altında qoydu -

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib. Rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub. Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...