Məmurlar arasında piylənmə yüksək olur…

Pravda.az piylənmənin səbəblərini təqdim edir:
- Çox yemək
- Fiziki hərəkətin azlığı
- Psixoloji pozğunluq
- metabolik və hormonal pozğunluq
- sosial-iqtisadi amillər
- İrsi faktorlar
Yuxarıda sadalanlardan ən əsası həddindən artıq yeməkdir. Bir çox insanlar fiziki hərəkətə sərf olunan enerjinin çox olduğunu zənn edərək, daha artıq yeməyə başlayır. Lakin bu yanaşma fərqində olmadan piylənməyə səbəb ola bilir.
Piylənmə irsi xarakter daşıyırmı?
Piylənmənin irsi olduğu fikri də irəli sürülür. Aparılan araşdırmalarda çəkisi normal olan valideynlərin uşaqları arasında piylənmənin 8-9 faiz olduğu, valideynlərindən biri kök olduğu halda piylənmənin yaranması 40 faizə, hər iki valideyni piylənmədən əziyyət çəkən uşaqlarda isə 80 faizədək yüksəldiyi ifadə edilib. Ancaq bu vəziyyətin irsi faktorlardan çox ailənin qidalanma vərdişlərindən qaynaqlandığı da düşünülür. Ümumiyyətlə, evdə bişən yeməklərin yüksək enerji dəyərli olması, ailənin bütün üzvlərinin daha çox enerji sərf etməsinə səbəb olur.
Oturaq fəaliyyət göstərən insanlar aktiv hərəkətdə olanlar qədər yemək yeyirlər. Bu halda hərəkətsiz olanların enerji balansı pozulur. Ağır işlərdə çalışanlar arasında kök insanlara çox az rast gəlinsə də, məmurlar və evdar qadınlar arasında piylənmənin yüksək olması da diqqət çəkir.
Bəzi insanlar kədərlərini, sıxıntılarını ört-basdır etmək üçün həddindən artıq yeməyə meylli ola bilərlər. Lakin bunun əksi də baş verə bilər. Psixoloji pozğunluqlar bəzən həddindən artıq, bəzən də az yeməyə səbəb ola bilər.
280 dəfə oxundu