Bazar günü      16 mart 2025     13:33:33  

Erməni məhkəməsi əsgərimizə 20 il həbs kəsdi

Erməni məhkəməsi əsgərimizə 20 il həbs kəsdi

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

O, Zəngəzur mis-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.
Erməni məhkəməsi əsgərimizə 20 il həbs kəsdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...