"Putini aldadırlar, yeni səfərbərliyə ehtiyac var" - Priqojin
“Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən Ukraynadakı döyüşlərin gedişatı barəsində aldadıldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, o, yerli mətbuata müsahibəsində hərbi rəsmilərin Putinin qarşısına yalanməlumatlar olan sənədlər qoyduğunu deyib.
Priqojin “Vaqner”in Baxmutda nəzarəti bərpa etdikdən sonra bütün müharibə müxbirlərinə həqiqəti görmək üçün oraya getməsinə icazə verdiyini bildirib:
“Amma onların heç biri məhv edilən minlərlə tank və zirehli texnikanı qeyd etmədi. Hamısı boş-boş danışırdılar. İndi heç kimi oraya aparmırlar. Heç nə göstərmirlər. Çünki böyük problemlər var. Şoyqu və Gerasimovun sadə yanaşması var. İnsanların inanması üçün dəhşətli yalanlar uydururlar. Onların etdikləri budur”.
Priqojin bildirib ki, Rusiyanın yeni səfərbərliyə ehtiyacı var:
“Ölənlər və yaralılar da daxil olmaqla çox ciddi itkilər var. Qoşunlardakı əsgərlərin sayı azaldı. Əvvəllər bir bölükdə 100 əsgər xidmət edirdisə, indi təxminən 60 əsgər xidmət edir. Şəxsi heyətin sayı az olduğu üçün ölənlərin sayı da çox olur. Ona görə də insanlar yeni səfərbərliyə hazır olmalıdırlar”.
436 dəfə oxundu