Növbə Sülhəddin Əkbərə çatdı

Növbə Sülhəddin Əkbərə çatdı

Azad Demokratlar Partiyası da fəaliyyətini dayandıra bilər.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya adıçəkilən partiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, təşkilat "Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq qeydiyyat üçün lazım olan 5 min üzvün imzasını toplamaqda çətinlik çəkir. Bu baxımdan, yaxın günlərdə partiyada toplantı keçiriləcək və təşkilatın fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə qərar veriləcək.

Xatırladaq ki, Azad Demokratlar Partiyası 2013-cü ilin dekabrında yaradılıb. Partiyanın sədri sabiq Milli Təhlükəsizlik nazirinin ümavini Sülhəddin Əkbərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...