Bazar günü      16 mart 2025     13:23:32  

Ölkədə cəmi 9 koronavirus xəstəsi var

Ölkədə cəmi 9 koronavirus xəstəsi var
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 952 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 9 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 430, bu günə qədər isə ümumilikdə 7 646 279 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 192 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 420 olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...