Bazar günü      16 mart 2025     13:33:33  

Ukraynanın əks-hücum əməliyyatı necə gedir?

Ukraynanın əks-hücum əməliyyatı necə gedir?
“Ukraynanın əks-hücum əməliyyatının hazırda davam etdiyi temp vəziyyətin çıxılmaz durumda olduğunu göstərmir və Kiyevin guya böyük əraziləri qaytara bilməyəcəyinə sübut deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilib.
“Ukraynanın hazırkı əks-hücum əməliyyatı Xarkov vilayətinin böyük hissəsinin azad edilməsindən daha az dramatik və sürətlidir, lakin Rusiyanın uğursuz qış-yaz hücumundan daha uğurludur. Ümumiyyətlə, sürəti və ilkin irəliləyişinə görə o, daha yavaş, lakin uğurlu Xerson əks-hücumuna çox bənzəyir”, - analitiklər qeyd ediblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 10-da Müdafiə Qüvvələrinin əks hücuma keçdiyini təsdiqləyib. Artıq bir sıra yaşayış məntəqələri azad edilib. İyulun 5-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Melitopol və Berdyansk istiqamətlərində, Baxmutun cənub və şimalında irəlilədiklərini paylaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...