Acundan sevgilisinə sürpriz evlənmə təklifi

Acundan sevgilisinə sürpriz evlənmə təklifi
“TV8”in sahibi, məşhur aparıcı Acun Ilıcalı 4-cü dəfə evlənir.

“Qafqazinfo” xəbər verir ki, o, sevgilisi Ayça Çağla Altunkaya üçün təşkil etdiyi ad günü şənliyində ona sürpriz evlənmə təklifi edib.

İş adamı Altunkaya ilə fotosunu paylaşaraq “bu gün hisslərimi qulağına dedim ki, hamı eşitməsin. Ad günün mübarək, hər günümüz belə xoşbəxt keçsin” deyə yazıb.

Aparıcının bu sözlərindən sonra sevgilisinə evlilik təklif etdiyi və müsbət cavab aldığı bildirilir. Hətta cütlüyün bu yay nikah masasına oturacağı deyilir.
Həmçinin Ilıcalının paylaşdığı fotoda sevgilisinin barmağındakı üzük də diqqət çəkib.

Qeyd edək ki, A. Ilıcalı özündən 30 yaş kiçik olan A.Ç. Altunkaya ilə 3 aydır bir yerdədir. Aparıcı bundan əvvəl 3 dəfə evli olub.


Acundan sevgilisinə sürpriz evlənmə təklifi
Acundan sevgilisinə sürpriz evlənmə təklifi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...