Lukaşenko Priqojinin yerini açıqladı

Lukaşenko Priqojinin yerini açıqladı
““Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiyadadır”.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus liderinin sözlərinə görə, döyüşçülər indi öz düşərgələrində, Yevgeni Priqojin isə Sankt-Peterburqdadır.
"O Belarus ərazisində deyil", - Lukaşenko bildirib.
Prezident əlavə edib ki, ölkədə müəyyən sayda “Vagner” PMC qüvvələrinin yerləşdirilməsindən narahat deyil. O qeyd edib ki, lazım olduğu təqdirdə onlardan dərhal öz ehtiyacları üçün istifadə edə bilərlər.
Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu “Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskva istiqamətində yürüşü dayandırıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, “Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...