Medvedyev: "Üçüncü dünya müharibəsi yaxınlaşır"

Medvedyev: "Üçüncü dünya müharibəsi yaxınlaşır"
Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti və keçmiş dövlət başçısı Dmitri Medvedev NATO-nun bəyanatını tənqid edib və “Üçüncü Dünya Müharibəsi yaxınlaşır” deyib.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, NATO sammitində Ukraynaya silah yardımını artırmaq qərarına reaksiya verərək, “Bu, çıxılmaz nöqtədir. Üçüncü Dünya Müharibəsi yaxınlaşır” deyib.

Keçmiş dövlət başçısı və keçmiş baş nazir Dmitri Medvedev Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə Toplantısını yazılı şərhdə dəyərləndirib.

Ukraynanın yəqin ki, heç vaxt NATO-ya qəbul edilməyəcəyini əsas gətirən Medvedev, “Alyansdakı realistlərin ucadan deməkdən qorxduqları məhz budur. Bundan əlavə, raketlər də daxil olmaqla, Kiyev rejiminə silah dəstəyi hər cür artırılacaq” deyib.

“İnsani olmayan silahlarımızı çıxarmağın vaxtıdır”
Digər tərəfdən Ukraynanın Zaporojiyadakı Tokmaka kaset bombaları ilə hücum təşkil etdiyi iddiasını dəyərləndirən Medvedev, “Tokmaka kaset bombaları ilə hücum edildiyi bildirildi. O zaman bu qeyri-insani silah arsenalımızı çıxarmağın vaxtı gəldi” deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...