İyulun 15-də üçtərəfli görüş olacaq - Paşinyan

İyulun 15-də üçtərəfli görüş olacaq -
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə N. Paşinyan bu gün - iyulun 13-də hökumətin iclasında bildirib.

“Mən artıq həmin görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi danışıqlarında irəliləyiş əldə olunacaq”, - Paşinyan deyib.
O xatırladıb ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində Ermənistan dövlət sərhədinin ayrılması və sərhəd təhlükəsizliyi komissiyasının, həmçinin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının dördüncü iclası keçirilib.

Qeyd edək ki, iclas iyulun 21-nə təyin edilmişdi, lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşün daha əvvəl baş tutacağını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...