Deputat Madər Musayev vəfat etdi

Deputat Madər Musayev vəfat etdi
Milli Məclisin deputatı Madər Musayev vəfat edib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, 75 yaşlı deputat xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...