Un kəskin ucuzlaşıb: Bəs çörəyin qiyməti niyə düşmür? - Video

Un kəskin ucuzlaşıb:
Unun qiyməti kəskin ucuzlaşıb, amma çörəyin qiymətində azalma yoxdur.
GUNDEMİNFO.AZ xezerxeber.az-a istinadən xəbər verir 38-40 manata qədər bahalaşan 50 kiloqramlıq bir kisə un hazırda topdansatış məntəqələrində 26-28 manata təklif olunur. Marketlərdə isə çörək 60 qəpiyə satılır. Son 5 ayda cəmi 5 qəpik ucuzlaşma müşahidə edilir.
Satıcılar deyirlər ki, onlara çörək zavoddan 55 qəpiyə gətirildiyi üçün qiymətləri endirə bilmirlər. Onların sözlərinə görə, sahibkarlar qiymətlərdə dəyişklik etdiyi təqdirdə ucuzlaşma ola bilər. Digər un məmulatları ilə bağlı da qiymətlərdə enmə hiss olunmur.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...