"Azərsu" bir ildə 180 milyon manat zərər edib - Rəsmi

"Azərsu" bir ildə 180 milyon manat zərər edib -
"Azərsu" ASC 2022-ci ili 180 milyon 514 min manat xalis zərər ilə başa vurub.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə məlumat ASC-nin maliyyə hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə "Azərsu" ASC-nin xalis zərəri 552 milyon 230 min manat olub. Son bir ildə "Azərsu" ASC-nin xalis zərəri 371 milyon 716 min manat azalıb.

ASC-nin 2022-ci ildə cəmi gəlirləri 290 milyon 993 min manat, cəmi xərcləri isə 471 milyon 507 min manat olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...